Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ sanksiya ilə bağlı qərarını açıqlayıb

ABŞ sanksiya ilə bağlı qərarını açıqlayıb

ABŞ-ın İrana qarşı sanksiyalarında istisnalar Avropa və Türkiyənin Rusiya ilə İrandan enerji asılılığının qarşısını alan layihələr üçün ediləcək.

Strateq.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir. Qeyd edilir ki, sözügedən sanksiyalar noyabrın 5-də qüvvəyə minəcək.

Məlumatda bildirilir ki, sanksiyalar Azərbaycandan Türkiyə və Avropaya təbii qazın nəqli üçün boru xətlərinin inşası və istismarı layihəsi ilə bağlı istənilən subyektə, o cümlədən Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığının qarşısını alan layihələrə şamil olunmayacaq.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

3 Noyabr 2018 10:47 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə