Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kansler Merkel çağırış edib

Kansler Merkel çağırış edib

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, A.Merkel Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə birgə mətbuat konfransı zamanı deyib: “İrəliləyiş olsa, biz sanksiyaları yumşalda bilərik. Təəssüf ki, “Minsk Razılaşmaları”na əməl olunmur. Hər nə olursa, bir millimetr önə və dərhal geriyə olur. Almaniya da bu sanksiyaların davam etdirilməsinin tərəfdarıdır”.

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın Ukrayna vətəndaşları və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edib. Poroşenko sanksiyalar siyahısında onun oğlunun, administrasiyanın yarısının, Ali Radanın deputatları və Ukrayna hökümətinin nümayəndələrinin olduğunu vurğulayıb.

“Bu siyahıya düşmək dövlət mükafatı kimi bir şeydir. Hər halda bu belə qarşılanır. Bu siyahıya düşməyənlər çox inciyiblər,”-- Poroşenko deyib.

Mətbuat konfransından öncə Almanya kansleri Ukrayna prezidenti Petro Poroşenko ilə təkbətək görüş keçirib və Minsk razılaşmalarının reallaşdırılmasını müzakirə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Noyabr 2018 10:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə