Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp: ABŞ İranla yeni hərtərəfli razılaşma imzalanması üçün açıqdır

Tramp: ABŞ İranla yeni hərtərəfli razılaşma imzalanması üçün açıqdır

ABŞ Tehranın heç vaxt nüvə silahı əldə etməyinə imkan verməyəcək və İranla bütün "qərəzli hərəkətlərinə" aid olacaq yeni razılaşma imzalamağa hazırdır.

Trend-in məlumatına görə, noyabrın 5-inə planlaşdırılmış İrana qarşı yeni sanksiyalar dalğasının tətbiqi ilə bağlı ABŞ prezidenti Donald Trampın yaydığı bəyanatda deyilir: "Birləşmiş Ştatlar İranın nüvə silahına doğru yolunu birdəfəlik bağlayacaq, onun qərəzli fəaliyyətinin bütün spektrlərinə cavab verəcək və İran xalqının layiq olduğu yeni, daha hərtərəfli sazişin bağlanması üçün açıq qalır".

ABŞ prezidenti vurğulayıb ki, belə bir saziş imzalanmayana qədər "tarixi sanksiyalar qüvvədə qalacaq": "Biz rejimi öz nüvə ambisiyalarını dayandırmağa, destruktiv davranışını dəyişməyə, öz xalqının hüquqlarına hörmət etməyə, dürüst danışıqlara qayıtmağa çağırırıq. Biz bu cəhdimizdə müttəfiqlərimizin dəstəyinə güvənirik".

3 Noyabr 2018 10:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə