• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 18.7 ° C / 49%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Euronews.com” Qəbələ Musiqi Festivalı barədə reportaj hazırlayıb

“Euronews.com” Qəbələ Musiqi Festivalı barədə reportaj hazırlayıb

Hər il yüksək səviyyədə  təşkil edilən Qəbələ Musiqi Festivalı bu il də yaddaşlarda maraqlı təəssüratlarla qaldı. Festival bitsə də, beynəlxalq mediada bu musiqi bayramı ilə bağlı məqalələrə, yüksək təəssüratlara rast gəlmək mümkündür. Euronews.com saytında  dərc edilmiş “Azərbaycanda Qəbələ Festivalı keçirilir” sərlövhəli məqalədə və reportajda X Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonskinin təəssüratlarına yer ayrılıb. Dmitriy Yablonskiy “Euronews”un müxbiri Volfqanq Spinderlə  söhbətində  festivalın açılışı barədə danışıb: “ Müxtəlif insanlar var idi. Bəziləri Londondan gəlmişdi, onlar adətən  “Covent Garden”a, ya da Berlin Filarmoniyasına gedirlər. Birdən-birə onlar ilk dəfə olaraq, uşaqları ilə klassik konsertə gəlmiş insanlarla yanaşı əyləşib festivalı izləyirlər. Düşünürəm ki, festival zamanı 25,000 tamaşaçı vardı, bu həqiqətən də diqqətəlayiqdir.”

Reportajda  bu ilki festivalda  Kubadan olan “Jóvenes Clásicos del Son” qrupunun ifasından bəhs edilib, qeyd edilib ki, XIX əsrin sonlarında inkişaf etmiş “son cubano” musiqi janrı özündə ispan və Afrika mənşəli elementləri birləşdirir.

“Musiqi Festivalını izləyənlər  yerli tamaşaçılar və daha çox ərəb ölkələrindən gəlmiş turistlər idi. Kuba musiqisini dəyərləndirərkən, onlar təmkinliyi saxlayırdılar, ancaq xoşbəxtlikdən gənc nəsil latın ritmlərinə dözə bilmədi və rəqs etmək üçün ayağa qalxdılar.”

İsraildən olan “Multipiano” ansamblı bəyənilən ifalar arasında idi.

İsrailin ən yaxşı gənc pianoçuları barədə məlumat verən  Buxman-Mehta Musiqi məktəbinin rəhbəri Tomer Lev pianoda 4 əllə ifa etmək barədə bunları deyib: “Bu cür ifa XIX əsrdə çox populyar idi. Ansambllar var  idi ki, onlar evdə konsertlər ifa edirdilər, ancaq bu ənənə tamamilə illər əvvəl unuduldu. “MultiPiano”nun məqsədi bu incəsənəti yenidən diqqətə çatdırmaqdır”

Müəllif həmçinin festivalda milli xalq musiqimiz olan muğama da toxunub və tar ifaçısı Sahib Paşazadənin fikirlərini öyrənib: Muğam musiqisi çox mistik, kövrək və həssasdır. Muğam fəlsəfi musiqidir. “

Məqalədə həmçinin “Euronews”un  mədəniyyət müxbiri Volfqanq Spindlerin təəssüratlarına da  yer ayrılıb. Qəbələ Musiqi Festivalını işıqlandırmaq üçün gəlmiş müxbir bildirib: “Klassik və dünya musiqilərindən ibarət festival çox uğurludur, ölkənin və dünyanın dörd bir yerindən musiqisevərləri özünə cəlb edir.”

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

10 2018 12:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin