Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamran Hüseyn oğlu Əkbərov vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Vahid Nəriman oğlu Sadıqov – Qəbələ Rayon Məhkəməsinin sədri
İlham Bayram oğlu Əhmədov – 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şərafət Asif qızı Məmmədova – 
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şeyda Ədalət qızı Məhərrəmova – 
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
Habil Çingiz oğlu Məmmədov – 
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi
Elmar Eldar oğlu Rəhimov – 
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
İlham Əziz oğlu Kərimli – 
Abşeron Rayon Məhkəməsinin hakimi
3. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Rəşad Məhərrəm oğlu Abdulov
Fuad Fikrət oğlu Babayev
Zaur Əli oğlu Əliyev
Aida Əli qızı Hüseyn.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
O.ƏSƏDOV
Azərbaycan Respublikası 
Milli Məclisinin sədri 
Bakı şəhəri, 2 noyabr  2018-ci il
2 Noyabr 2018 22:53 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə