Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası ­Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:    
Hökümə Çingiz qızı Babayeva
Ruhiyyə Orucəli qızı Əsgərova
Fuad Əli oğlu Məmmədov
Məhəmmədəli Əsəd oğlu Rzayev. 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası 
Milli Məclisinin sədri 
Bakı şəhəri, 2 noyabr  2018-ci il

2 Noyabr 2018 22:52 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR
18 Oktyabr 2019 | 10:28
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə