Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin  edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Gəncə Hərbi Məhkəməsinin hakimi Salman Bilal oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Afiq Hüseyn oğlu  Hüseynzadə
Rəşad Ziyaviddin oğlu Mamedov.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası 
Milli Məclisinin sədri 
Bakı şəhəri, 2 noyabr  2018-ci il

2 Noyabr 2018 22:52 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə