Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə  və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər.
Elşad İbiş oğlu Əliyev – 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi
Fuad Kamil oğlu Soltanov – 
Lənkəran Rayon Məhkəməsinin hakimi
2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Fehruz Novruz oğlu Abbasov
Müşfiq Kamil oğlu Həsənov
Tale Suliddin oğlu Kərimov.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası 
Milli Məclisinin sədri 
Bakı şəhəri, 2 noyabr  2018-ci il

2 Noyabr 2018 22:51 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə