Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Əsgər Novruz oğlu Novruzov – Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi
Mehman Dünyamalı oğlu Allahverdiyev  – Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi
Əhliman Mehman oğlu Xıdırov – Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası 
Milli Məclisinin Sədri 
Bakı şəhəri, 2 noyabr  2018-ci il

2 Noyabr 2018 22:50 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə