Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeo: ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir

Mayk Pompeo: ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir

ABŞ Türkiyənin NATO-nu tərk etməyəcəyinə ümid edir. Trend-in məlumatına görə, bu sözləri dövlət katibi Mayk Pompeo deyib.

Dövlət katibi radio verilişlərinin birində bildirib ki, ümid edirəm ki, Türkiyə Alyansı tərk etməyəcək. Alyansı tərk etmək həm NATO, həm ABŞ və hesab edirəm ki, Türkiyə xalqı üçün təəssüf doğuracaq bir addım olar.

Pompeo indiki administrasiya dövründə  çətinliklər yarandığını, lakin müəyyən yerlərdə həqiqi uğurun olduğunu qeyd edib.

Dövlət katibi Türkiyə və Prezident Ərdoğanın ABŞ-ın Türkiyə üçün daha yaxşı tərəfdaş olacağını dərk edəcəyinə ümid etdiyini bildirib. O əlavə edib ki, Prezident Ərdoğan ABŞ, Avropa və NATO ilə daha sıx əlaqələr saxlamalıdır.

2 Noyabr 2018 14:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə