Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi”

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı işıq üzü görüb. “Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, rəyçiləri filologiya üzrə elmlər doktorları, professorlar - Yaqub Babayev və Mahmud Allahmanlıdır.

www.science.gov.az saytı yazır ki, İraqın paytaxtı Bağdadda yaşamış Azərbaycan şair və ədiblərindən bəhs edən kitab üç bölmədən ibarətdir. Nəşrdə “Divan”ı bu günümüzə qədər gəlib çatmış Ruhi Bağdadinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb.

Qeyd edək ki, Ruhinin “Divan”ı 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1115 qəzəl, 28 rübai, 26 qitə və s. ibarətdir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

2 Noyabr 2018 12:38 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə