Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dubayda gənc azərbaycanlı rəssamların sərgisi açılıb

Dubaydakı baş konsulluğumuzun və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının birgə təşkilatçılığı ilə Dubayda gənc rəssamlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş sərgisi açılıb. Tədbirdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov da iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov mərasimdə çıxış edərək Prezident İlham Əliyevin ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliğinə və inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb.

“Altı gün davam edəcək sərgiyə 25 gənc istedadlı rəssam 90-dan çox sənət əsəri ilə qatılıb. Onlar Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov məktəbinin yetirmələridir”, - deyə baş konsul bildirib.

Tədbirdə Türkiyənin Dubay şəhərindəki baş konsulu İlker Kılıç, Xalq rəssamı Sakit Məmmədov və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi – “Dirçəliş” təşkilatının direktoru İslam Baxşəliyev çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.

Tədbirdə qonaqlara Azərbaycan milli mətbəxindən təamları təqdim edilib, ölkəmizin mədəniyyət və incəsənəti ilə bağlı jurnal, kitab və broşürlər paylanılıb.

Sərgi noyabr ayının 5-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Noyabr 2018 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə