Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert anşlaqla keçib

Görkəmli bəstəkar Arif Məlikovun mahnılarından ibarət konsert anşlaqla keçib

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Konsertdə Arif Məlikovun “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, Günəş ürəkli” və digər unudulmaz mahnıları ifa olunub.

Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov balet, kantata, operetta, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara bəstələdiyi musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Noyabr 2018 11:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Fevral 2020 | 11:02
2020-ci il üçün müsabiqə

Köhnə versiyamızdan xəbərləri izlə