Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti ­aşağıdakı yeni tərkibdə təsdiq edilsin:
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri
Əliyev İlham Heydər oğlu – Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini
Mehdiyev Ramiz Ənvər oğlu – Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri
Quliyev İbrahim Said oğlu – ­AMEA-nın həqiqi üzvü, ­AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
Həbibbəyli İsa Əkbər oğlu – ­AMEA-nın həqiqi üzvü, ­AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Rzayev Anar Rəsul oğlu – ­Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru
Əlizadə Akif Ağamehdi oğlu – AMEA-nın həqiqi üzvü, ­AMEA-nın ­prezidenti, AMEA-nın Geologiya və ­Geofizika ­İnstitutunun direktoru
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi
Nağıyev Tofiq Murtuza oğlu – AMEA-nın həqiqi üzvü, ­AMEA-nın ­vitse-prezidenti, “Azərbaycan Milli ­Ensiklopediyası” Elmi Mərkəzinin direktoru
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri
Abiyev Ağacan Qulam oğlu – texnika elmləri namizədi, ­professor
Bilalov Bilal Telman oğlu – AMEA-nın müxbir üzvü, ­AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri
Budaqov Tahir Yaqub oğlu – Dövlət Statistika Komitəsinin sədri
Bünyadov Teymur Əmiraslan oğlu– AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Cəlilov Namiq Sərdar oğlu – AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru 
Eldarov Ömər Həsən oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ələkbərov Urxan Kazım oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Əliquliyev Rasim Məmməd oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya ­Texnologiyaları İnstitutunun direktoru
Əliyev Kamran İmran oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri
Əliyev Telman Abbas oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru
Əliyeva Fərəh Şirməmməd qızı – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Əlizadə Firəngiz Əliağa qızı – AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti
Fərzəliyev Vaqif Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
Hacıyev İsmayıl Muxtar oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri
Hüseynova İradə Məmməd qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru
Xəlilov Fərhad Qurban oğlu – Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
İsmayılov Amin İsmayıl oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri
İsmayıl-zadə Arif Cəfər oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Kərimov Kərim Məmmədxan oğlu – AMEA-nın müxbir üzvü
Kərimov Teymur Həşim oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin ­akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Qədirov Fəxrəddin Əbülfət oğlu – AMEA-nın həqiqi üzvü, ­AMEA-nın Yer Elmləri Bölməsinin akademik-­katibi, AMEA-nın Geologiya və Geofizika ­İnstitutunun şöbə müdiri
Qəribov Adil Əbdülxalıq oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri
Mahmudov Yaqub Mikayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru
Məhərrəmov Abel Məmmədəli oğlu– AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Məlikov Arif Cahangir oğlu – AMEA-nın həqiqi üzvü, Xalq artisti
Məmmədəliyev Vasim Məmmədəli oğlu AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri 
Məmmədov Qərib Şamil oğlu – AMEA-nın həqiqi üzvü
Məmmədov Nazim Timur oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru 
Məmmədova Fəridə Cəfər qızı – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri
Muradov Şahbaz Musa oğlu – AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri
Mustafayev Şahin Məcid oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
Paşayev Arif Mir Cəlal oğlu – AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru
Rəsulov Əsgər Adil oğlu – Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor
Rüstəmov Musa İsmayıl oğlu – AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri
Salahov Tahir Teymur oğlu – Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Xalq rəssamı
Səmədzadə Ziyad Əliabbas oğlu – AMEA-nın həqiqi üzvü
Vəlixanlı Nailə Məmmədəli qızı – AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru
Yusifzadə Xoşbəxt Bağı oğlu – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
2. “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilsin.

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2018-ci il

1 Noyabr 2018 23:41 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə