Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyyar laboratoriya vasitəsilə kompleks torpaq tədqiqatları aparılır

AMEA-nın Yüksək Texnologiyalar Parkı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) və AR Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına alınan səyyar (mobil) laboratoriya vasitəsilə respublikanın regionlarında kompleks torpaq tədqiqatları aparılması işlərinə başlanılıb.

www.science.gov.az saytı yazzır ki, Kənd Təsərrüfatı Nazirliyinin yerlərdə olan mütəxəssislərinin iştirakı ilə aparılacaq tədqiqatlardan sonra yerli sahibkarlar və fermerlərlə görüşlər keçirilməsi, onlara torpaqlardan daha səmərəli istifadə olunması məqsədilə məsləhətlər verilməsi nəzərdə tutulur.

Yaradılan İşçi Qrupu öz işinə oktyabrın 30-da Göyçay rayonundan başlayıb. İşçi Qrupunda TAİ-ni Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.ü.e.d. Mustafa Mustafayev, Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının müdiri, a.e.ü.f.d Mirvari Məmmədova və elmi işçi, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev təmsil edirlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Noyabr 2018 14:03 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə