Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Rasim Əfəndiyev-90” və “Əli Əmirli-70” adlı kitab sərgisi

Milli Kitabxanada “Rasim Əfəndiyev-90” və “Əli Əmirli-70” adlı kitab sərgisi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr vermiş görkəmli tədqiqatçı, alim, akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr edilmiş “Rasim Əfəndiyev-90” adlı sərgi açılıb.

Sərgidə dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanan sənət abidələrimizin aşkara çıxarılmasında böyük xidmətləri olan akademikin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi Azərbaycan və rus dillərində olan əsərləri, “Ön söz” yazdığı, tərtibçisi və redaktoru olduğu, haqqında yazılan kitablar, qəzet-jurnal materialları nümayiş olunur.

Eyni zamanda, Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, ssenarist Əli Əmirovun anadan olmasının 70 illiyi münasibətilə “Əli Əmirli-70” adlı sərgisi də açılıb.

Tamaşaçılar bir həftə davam edəcək sərgilərdə yazıçının müəllifi olduğu kitablar, redaktoru olduğu, “Ön söz” yazdığı və haqqında yazılmış əsərlər, eləcə də dövri mətbuat materialları ilə tanış ola biləcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 Noyabr 2018 12:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə