Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909,  № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487,  № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.12.4-1-ci, 3.12.4-2-ci və 4.12.3-1-ci yarımbəndlər əlavə edilsin:
“3.12.4-1. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasının formalaşdırılmasını və daim yenilənməsini təmin edir; 
3.12.4-2. tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını təmin edir;”; 
“4.12.3-1. məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək;”. 
2. 4.18.1-ci yarımbənddə “bəndində” sözü “yarımbəndində” sözü ilə əvəz edilsin.
3. 4.18.2-ci yarımbəndə “4.11.17-ci,” sözlərindən sonra “4.12.3-1-ci,” sözləri əlavə edilsin və həmin yarımbənddə “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilsin. 

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il

31 Oktyabr 2018 22:25 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə