Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Noyabr ayına olan hava proqnozu

Noyabr ayına olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı  ehtimal olunur.

Noyabr ayının birinci ongünlüyün birinci yarısında hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20, üçüncü ongünlüyün bəzi günlərində 8-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.   

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə  6-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın  olacağı  (norma 18-28 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 15-20, bəzi günlərdə 7-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 8-11 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə 7-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 0-4  gündüzlər 17-22,  bəzi günlərdə 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 8-13 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-5 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 17-22, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir.

 

Hazırladı:
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

31 Oktyabr 2018 17:07 - EKOLOGİYA
EKOLOGİYA
9 Oktyabr 2019 | 17:12
Güclü külək əsib

Köhnə versiyamızdan xəbərləri izlə