Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami poeziyası rəssamların yaradıcılığında

Nizami poeziyası rəssamların yaradıcılığında

Azərbaycan Milli İncəsənət Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində “Nizami dünyası Azərbaycan rəssamlarının yaradıcılığında” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Əməkdar mədəniyyət işçisi Sevda Həbibovanın məruzəsi dinlənilmişdir.

Məruzədə Nizami yaradıcılığının bəşər bədii təfəkkürünün unikal təzahürü və Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsi olduğu bir daha vurğulanmışdır. Nizami poeziyasının ensiklopedik genişliyi, ümumiləşdirilmiş obrazların çoxluğu və dərin fəlsəfəsi ilə seçildiyi barədə məlumat verilmişdir. Onun ölməz “Xəmsə”sində bəşəriyyətin ən qabaqcıl və parlaq idealı təcəssüm olunduğu vurğulanmışdır.

Qeyd edək ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika kolleksiyasını Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə, Mikayıl Abdullayev, Əliağa Məmmədov, İsmayıl Axundov kimi Azərbaycan rəssamlarının Nizami yaradıcılığına, dahi şairə və onun əsərlərinə həsr etdikləri tablolar bəzəyir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 Oktyabr 2018 12:05 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə