Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib

Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda baş tutub.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Bakı şəhərinin rayon gənclər və idman idarələrinin əməkdaşları, idmançılar və başqaları iştirak ediblər.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər çıxış edənlər əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında diqqətə çatdırıb ki, istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onlara dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli fərman imzalamışdı. Fərmana uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə indiyə kimi incəsənət sahəsində xüsusi istedadı olan 124 gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Həmçinin, ölkə başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün “Prezident mükafatı” təsis edilib, ötən dövrdə onlarla gənc bu mükafatla təltif olunub.

Digər çıxışlarda qeyd edilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə yüksək diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycan gənclərinin qarşısında yeni hədəflər var, onlar ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 Oktyabr 2018 11:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə