Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq rəssamı Rafiq Mehdiyevin xatirəsi anılacaq

Xalq rəssamı Rafiq Mehdiyevin xatirəsi anılacaq

Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

 “İz” layihəsi çərçivəsində reallaşan tədbirdə rəssamın həyat və yaradıcılığından söz açılacaq, sənət fəaliyyəti haqqında məlumat verilib.

Tədbir çərçivəsində Rafiq Mehdiyevin bir sıra əsərlərinin təqdimatı da keçirilib.

Qeyd edək ki, Rafiq Mehdiyev 1933-cü il iyunun 10-da Şahbuz rayonunda anadan olub. 1948-1953-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, 1953-1958-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsində təhsil alıb.

Rafiq Mehdiyevin yaradıcılığında rus rəssamlıq məktəbinin böyük təsiri olub. Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssam Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkib.

Rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimov “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib.

Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar. Rəssam dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələri yaradıb. Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları uğurla təqdim edilib. R.Mehdiyev 1980-ci ildə Əməkdar rəssam, 1992-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

 

M.MÜKƏRRƏMOĞLU,
“xalq qəzeti”

31 Oktyabr 2018 10:46 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə