Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 469    Bakı şəhəri, 29 oktyabr 2018-ci il

“Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının Siyahısı”nın təsdiq edilməsi barədə

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1011-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1922 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən bitkilərin və bitkiçilik məhsullarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 29 oktyabr

tarixli 469 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Fitosanitar nəzarətində olan, karantin obyekti hesab edilən

bitkilərin və bitkiçilik məhsullarının

 

SİYAHISI

Sıra

№-si

Məhsulun adı və təsviri

1

2

1. Bitkilər

1.1. Birillik və ikiillik bitkilər

1.1.1.

buğda və buğda toxumları

1.1.2.

qarğıdalı və qarğıdalı toxumları       

1.1.3.

arpa, çovdar, yulaf və onların toxumları

1.1.4.

qarabaşaq, darı və digər dənli bitkilər və onların toxumları

1.1.5.

dənli bitkilərin samanı və qabığı

1.1.6.

yaşıl paxlalı tərəvəzlər

1.1.7.

qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlər

1.1.8.

soya paxlalıları, yerfındığı, pambıq və digər bu qəbildən olan yağlı bitkilər və onların toxumları

1.1.9.

düyü, çəltik

1.1.10.

yarpaqlı və gövdəli tərəvəzlər

1.1.11.

kökümeyvəli, soğanaqlı və ya köküyumru tərəvəzlər

1.1.12.

tərkibində yüksək miqdarda nişasta və ya inulin olan süfrə

kökümeyvəliləri və köküyumruları

1.1.13.

tərəvəz toxumları

1.1.14.

şəkər çuğunduru və şəkər çuğunduru toxumu

1.1.15.

göbələk və dombalan

1.1.16.

şəkər qamışı

 

 

1

2

1.1.17.

fermentləşdirilməmiş tütün

1.1.18.

fermentləşdirilməmiş çay

1.1.19.

lifli bitkilər

1.1.20.

xına bitkisi

1.1.21.

yem bitkiləri

1.1.22.

kəsilmiş güllər və qönçələr; gül toxumları

1.1.23.

çuğundur toxumları; yem bitkilərinin toxumları

1.2. Çoxillik bitkilər

1.2.1.

üzüm

1.2.2.

tropik və subtropik meyvələr

1.2.3.

sitrus meyvələri

1.2.4.

tumlu və çəyirdəkli meyvələr

1.2.5.

giləmeyvələr və turuncu meyvələr

1.2.6.

meyvə toxumları, meyvə çəyirdəkləri  və onların ləpələri

1.2.7.

qoz-fındıq (yabanı bitən yeməli qoz-fındıq, yerfındığı)

1.2.8.

zeytun

1.2.9.

kokos və digər  bu qəbildən olan yağlı meyvə bitkiləri

1.2.10.

çay yarpaqları

1.3. Meşə məhsulları və yabanı bitən qeyri-meşə materialları

1.3.1.

meşə ağacları və onların toxumları

1.3.2.

emal olunmamış ağac

1.3.3.

ağac qabığı

1.3.4.

palıd qozası, atşabalıdı

1.3.5.

emal olunmamış, yaxud sadə hazırlanmış təbii tıxac (mantar)

1.3.6.

təbii qətran

 

 

1

2

1.3.7.

dekorasiya məqsədi ilə istifadə edilən bitki,  yarpaq, ot, mamır və şibyə hissələri

1.3.8.

yabanı bitən yeməli otlar

1.4. Digər bitkilər

1.4.1.

bitki xammalı: soğanaqlar, köküyumrular və köklər, şitil və qələmlər; göbələk telləri

1.4.2.

emal edilməmiş ədviyyat

1.4.3.

mayaotu qozası

1.4.4.

efir yağlı bitkilər və dərman bitkiləri

1.4.5.

təbii kauçuk

1.4.6.

küknar ağacı

1.4.7.

hörmə, içlik, aşılama və boyama məqsədi ilə ilkin formada istifadə olunan  tərəvəz xammalı

2. Bitkiçilik məhsulları

2.1. Dəyirman-ding sənayesi məhsulları

2.1.1.

un

2.1.2.

yarma

2.1.3.

kəpək

2.1.4.

nişasta və nişasta məhsulları

2.1.5.

nişasta emalından alınan tullantılar

2.1.6.

xam və ya təmizlənmiş qamış, yaxud çuğundur şəkəri

2.1.7.

çuğundur puçalı və şəkər qamışının jmıxı

2.1.8.

kakao-paxlalıların qabığı və dənələri

2.1.9.

tərəvəz xammalı və tərəvəz qalıqları

2.1.10.

səməni

 

 

1

2

2.2. Ağac məmulatları, mantar, saman və hörmə materialları

2.2.1.

mişarlanmış və rəndələnmiş ağac

2.2.2.

uzununa mişarlanmış və ya doğranmış, hissələrə bölünmüş və ya 6 mm qalınlığında və daha qalın kəsilmiş ağac materialları; kimyəvi maddələrlə hopdurulmamış ağacdan dəmir  yolu və ya tramvay şpalları

2.2.3.

haşiyə və ya təbəqə üzrə işlənilmiş (profillənmiş) ağac, ağac yunu,  ağac unu, ağac talaşası və ya yonqarı

2.2.4.

yığma parket döşəmələr

2.2.5.

ağacdan dülgərlik və xarratlıq məmulatları

2.2.6.

taxta taralar

2.2.7.

faner və şpon

2.2.8.

ağacdan hazırlanmış yeməkxana və mətbəx ləvazimatları

2.3. Digər bitkiçilik məhsulları

2.3.1.

pambıq linti (tiftiyi)

2.3.2.

jmıx və bitki piyləri; yağlı  bitkilərin toxum və meyvələrindən alınan un

2.3.3.

kətan, daranmış kətan və kətan tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)

2.3.4.

daranmış çətənə və çətənə tullantısı (əyirmə tullantısı və didilmiş xammal daxil olmaqla)

2.3.5.

torf (torf qırıntısı daxil olmaqla)

2.3.6.

bitki mənşəli gübrələr

2.3.7.

tütün məmulatları

2.3.8.

tütün tullantıları

2.3.9.

bitkidən hazırlanmış süpürgə

 

 

31 Oktyabr 2018 07:16 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə