Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 468    Bakı şəhəri, 27 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli, “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 6 aprel tarixli 62 nömrəli və “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 234 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391; 2005, № 4, maddə 377, № 6, maddə 548; 2007, № 2, maddələr 197, 201; 2008, № 2, maddə 105, № 9, maddə 862; 2009, № 11, maddə 936; 2012, № 1, maddə 44; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 9, maddə 1596; 2017, № 6, maddə 1237, № 10, maddə 1934, № 11, maddələr 2153, 2159; 2018, № 4, maddə 782) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün Qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.”;
1.2. 2.6-cı bəndin birinci cümləsinə “büdcə proqnozu” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla)” sözləri əlavə edilsin;
1.3. 3.3-cü bəndə və 3.7-ci bəndin ikinci cümləsinə “Növbəti büdcə ili üzrə” sözlərindən sonra “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri və “sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.4. 5.21-ci bəndin birinci və beşinci (ikinci halda) abzaslarından “dövlət büdcəsinin” sözləri çıxarılsın;
1.5. 5.36-cı bəndin birinci cümləsinə “hesabat” sözündən sonra “, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri” sözləri əlavə edilsin;
1.6. 5.44-cü bəndin birinci cümləsində “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə, ikinci cümləsində “Sərbəst qalığın” sözləri “Vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin; 
1.7. 6.3-cü bənddə “kənarlaşdıqda” sözü “az olduqda” sözləri ilə əvəz edilsin;
1.8. aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:
 “6.3-1. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldırır.”.
2. “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 389; 2011, № 7, maddə 746, № 12, maddə 1256, 2017, № 11, maddə 2165) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında, 1-ci hissəsində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin; 
2.2. həmin qərarla təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları” üzrə:
2.2.1. adında “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.1-ci bənddə “dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalığının” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2166; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 22 sentyabr tarixli 410 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin 3.5-ci bəndindən “dövlət büdcəsinin” sözləri çıxarılsın.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

31 Oktyabr 2018 07:15 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə