• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan kinosunun inkişafına dair yeni konseptual proqram hazırlanıb

Azərbaycan kinosunun inkişafına dair yeni konseptual proqram hazırlanıb

Prezident İlham Əliyev  2008-ci il  avqustun 4-də Azərbaycan kino sənətinin  inkişafı ilə bağlı  (2008- 2018-ci illər)  Dövlət  Proqramının qəbul edilməsi haqqında  sərəncam imzalamışdır. Bu il  həmin proqramın icra müddəti başa  çatsa da  həll olunmamış problemlər  hələ də  qalmaqdadır.
Mədəniyyət  naziri Əbülfəs  Qarayev  bu məsələyə münasibət bildirərək demişdir:    "Azərbaycan kinosu ilə bağlı icra olunan sərəncamın müddəti bu il sona çatır. Bəzi bəndlər icra olunmamış qalıb. Ona görə də bu işin məntiqi davamı kimi nazirlikdə Kinematoqrafçılar İttifaqları ilə birlikdə geniş fikir mübadiləsi aparılıb".
 Onun sözlərinə görə, kino sahəsinin inkişafına dair yeni konseptual proqram hazırlanıb. Nazir  deyib: "Azərbaycan kinosunun yeni şəraitdə fəaliyyətinin təkmilləşdirilməsi, gənc nəslin bu sahəyə daxil olması, eləcə də beynəlxalq səviyyəyə çıxmaq üçün tutarlı proqram işlənib. Yəqin ki, hökumətə müraciət edərək Azərbaycan kinosunun növbəti on ildə də inkişaf tempinin azalmaması üçün yeni proqramın qəbul olunmasını xahiş edəcəyik". 
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

9 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin