• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rumıniyanın ölkəmizdəki səfiri Qovlar şəhərində

Rumıniyanın ölkəmizdəki səfiri Qovlar şəhərində

Azərbaycan--Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın dəvətilə Qovlar şəhərində səfərdə olan Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə Gənclər evində görüş keçirilib.
Qovlar şəhər icra nümayəndəsi, təşkilat rəhbərləri, QHT və KİV nümayəndələri, gənc fəalların iştirakı ilə keçirilən görüşdə səfiri Qovlar Gənclər evində görməkdən böyük məmnunluq duyduqlarını deyən mərkəzin rəhbəri Rauf Rüstəmov bu görüşün gənclər üçün önəmini vurğulayıb. O, Gənclər evi ilə bağlı məlumat verərək Rumıniya gəncləri və gənclər təşkilatları ilə əməkdaşlığın genişlənməsində çox maraqlı olduqlarını və əlaqələrin genişlənməsində səfirin də dəstək olacağına inandıqlarını deyib.
 Görüşdə çıxış edən Q.Paşayeva Azərbaycan – Rumıniya münasibətlərinin tarixi və bu günü ilə bağlı geniş məlumat verib. Dövlət başçımız İlham Əliyevin dost Rumıniya ilə əməkdaşlığın inkişafına verdiyi böyük diqqəti xüsusi vurğulayan, iki dost ölkə arasında bütün istiqamətlərdə münasibətlərin getdikcə daha da inkişaf etdiyini deyən deputat, Tovuz rayonu ilə Rumıniya bölgələri arasında əməkdaşlığın inkişafı istiqamətində də işlərin sürətlənəcəyinə inandığını və cənab səfirin rayona səfərinin bu məsələdə xüsusi rol oynayacağına inandığını deyib. 
Qovlar şəhəri ilə bağlı geniş məlumatlar verən Q.Paşayeva Tovuzla Rumıniya bölgələri arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib.  O, Tovuz , Qovlar gəncləri, gənclər təşkilatlarının fəaliyyəti və əldə etdikləri uğurlar barədə danışıb və bildirib ki, çox yaxşı olardı kı, Tovuzun, Qovların gəncləri, gənclər təşkilatları ilə Rumıniyanın gəncləri, gənclər təşkilatları arasında əlaqələr, əməkdaşlıq qurulsun və bu əlaqələrin qurulmasına səfir kömək etsin. “Gənclər, gənclər təşkilatları arasında əməkdaşlığın qurulması iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək”,- deyən deputat bu istiqamətdə işlərin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. 
Dan İanku Rumıniya-Azərbaycan münasibətləri ilə bağlı əhatəli çıxış edib. Rumıniyanın Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayan səfir ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Qovlar şəhərinə səfərindən böyük məmnuniyyət duyduğunu vurğulayan D. İanku görüşün sonunda Gənclər evinin işi ilə yaxından tanış olub və ona gənclərin əl işi olan xatirə hədiyyəsi təqdim edilib.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

9 2018 21:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin