• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda mini-futbоl yarışı

Sumqayıtda mini-futbоl yarışı

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbində 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr edilmiş mini-futbоl üzrə yarış təşkil edilib. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənc könüllülər qüvvələrini sınayıblar.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, onların sağlamlıqlarının möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkilidir.    
Yarışda ümumilikdə 6 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin keçən mübarizənin yekununa görə 1-ci yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Qızıl Aypara Mobil Dəstə”, 2-ci yerə “QAC Sumqayıt”, 3-cü yerə isə Sumqayıt “Asan Xidmət” Mərkəzinin “Mübariz” komandaları layiq görülüb. 
Qalib komandalar Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal, fəxri fərmanları ilə təltif ediliblər.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

9 2018 21:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin