• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ rəsmisi: Türkiyə nümayəndə heyəti ilə müzakirələr aparılıb

ABŞ rəsmisi: Türkiyə nümayəndə heyəti ilə müzakirələr aparılıb

Dünən Dövlət Departamentinin nümayəndəsi Hizert Nauert Türkiyə nümayəndə heyətinin Vaşinqtonda danışıqlar apardığı barədə məlumat verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xanım Hizert Nauert bildirib ki, ABŞ rəsmiləri Türkiyə  nümayəndə heyətinin üzvləri ilə ikitərəfli əlaqələri, eləcə də rahib Endryu Bransonun məsələsini müzakirə ediblər. 
Dövlət Departamentinin rəsmisi sonra deyib: Bu gün (dünən-red) dövlət katibinin müavini Con Sallivan Türkiyənin xarici işlər nazirinin müavini Sedat Onalla danışıqlar aparıb. Tərəflər bir sıra mühüm məsələləri müzakirə ediblər. Müzakirələr 50 dəqiqə çəkib. Mətbuatın məlumatlarına görə, Türkiyə nümayəndə heyəti Dövlət Departamentindəki görüşdən sonra ABŞ-ın Maliyyə Nazirliyinin rəsmiləri ilə danışıqlar aparıb. 
Məlumat üçün bildirək ki, Birləşmiş Ştatlara yola düşmüş Türkiyə nümayəndə heyəti 9 nəfərdən ibarətdir. Heyətdə əsasən qardaş ölkənin ədliyyə, xarici işlər, maliyyə nazirliklərinin nümayəndələri təmsil olunublar. Vaşinqtonda nümayəndə heyətini Türkikyənin ABŞ-dakı səfiri Sərdar Kılıc müşayiət edir. Yeri gəlmişkən, danışıqlar mətbuat üçün qapalı rejimdə aparılır. 
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb. Görüş ASEAN ölkələrinin xarici işlər nazirlərinin Sinqapurda keçirilən iclası çərçivəsində baş tutub.
M.Çavuşoğlu görüş barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, tərəflər iki sözügedən ölkə arasındakı münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün əməkdaşlığı və dialoqu davam etdirmək əzmindədir. 
Bu arada Türkiyənin milli müdafiə naziri Hulusi Akarın amerikalı həmkarı Cim Mettislə telefonla danışdığı barədə məlumat yayılıb. “Anadolu” agentliyi məlumat verir ki, telefon bağlantısı zamanı Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində ikitərəfli əlaqələr, eləcə də Suriyadakı mövcud vəziyyət diqqət mərkəzində olub. 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti”

9 2018 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin