Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MEK “Açıq kitabxana” layihəsini davam etdirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) mütaliənin təbliği məqsədilə kitab hədiyyəsi və “Açıq kitabxana” layihələrini davam etdirir. Layihə çərçivəsində Mərkəzi Elmi Kitabxana Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı rayon İcra Hakimiyyətinə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin və müasirlərinin əsərlərini, Ramiz Mehdiyevin, Əli Həsənovun, Seyit Sertçelikin və digər müəlliflərin kitablarını təqdim edib. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxananın  Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədi ilə kitab təqdim edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

30 Oktyabr 2018 14:49 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə