Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır

ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlaşır

Avqustun 22-dən etibarən ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının qüvvəyə minəcəyi təxmin edilir. Bu barədə TASS məlumat yayıb. Bildirilir ki, növbəti məhdudlaşdırıcı ölçülər Sergey Skripal işi ilə bağlıdır.
Məsələ ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara görə rəsmi Moskvanın mövqeyini ortaya qoyub. O, keçmiş rusiyalı agent Sergey Skirpal və qızının İngiltərədə sui-qəsdə məruz qalmasına görə ABŞ-ın ölkəsinə 22 avqustdan etibarən ikinci hissəsini tətbiq edəcəyi sanksiyaların qəbuledilməz və qeyri-qanuni olduğunu bildirib.
Jurnalistlərə açıqlamasında Peskov İngiltərənin Solisberi şəhərində baş verən sui-qəsddə Rusiyanın iştirakı olduğu iddialarını rədd edib. O qeyd edib ki, İngiltərə mövzu ilə bağlı dəlil təqdim etməkdən, ən azı, bilgi paylaşmaqdan imtina edib.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solisberi şəhərində zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

9 2018 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin