Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA –nın institut və təşkilatlarının maddi-texniki bazası gücləndirilir

Son illər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyada genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar çərçivəsində institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, hər bir müəssisənin informasiya təminatının gücləndirilməsi və ümumilikdə AMEA-nın fəaliyyətinin informasiyalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

AMEA Rəyasət Heyətinin böyük konfrans zalının müasir texniki avadanlıqlarla təchiz olunması bu istiqamətdə yerinə yetirilən işlərdəndir. Belə ki, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən Rəyasət Heyətinin böyük konfrans zalının audio-video sistemi yenidən qurulub.

www.science.gov.az saytı yazır ki, zalda 23 müasir, lazer tipli proyektor, yüksək texnologiyaya malik 2 böyük monitor və siqnalları uzaq məsafəyə ötürmək üçün qəbuledicilər quraşdırılıb. Həmçinin mikrofon sistemi “Beyerdynamic” şirkətinə məxsus yüksək keyfiyyətə malik genişzolaqlı sistem ilə əvəz olunub.

Proyektorların köməyilə isə təsvirləri zalda quraşdırılmış ekranlara yüksək keyfiyyətlə ötürmək, eləcə də məruzəçilərin çıxışını birbaşa böyük monitorlar vasitəsilə izləmək mümkün olacaq.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

30 Oktyabr 2018 14:01 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə