• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yay Olimpiya Oyunları tarixində ilk

Yay Olimpiya Oyunları tarixində ilk

Yaponiya Olimpiya Oyunları tarixində ilk dəfə üztanıma texnologiyasından istifadə edəcək. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
Məlumata görə, Yaponiyanın NEC şirkəti  Yay Olimpiya Oyunları–2020 və Paralimpiya Oyunlarında üztanıma texnologiyalı sistemi ilk dəfə tətbiq edəcək. Yeni sistemin işi “NeoFace” adlanan süni intellekt proqramına əsaslanır. NEC şirkətinin hazırladığı üztanıma texnologiyası insanları səs, barmaq izləri və göz vasitəsilə tanıya bilir. Lakin Olimpiya Oyunlarında yalnız foto üzrə eyniləşdirmə texnologiyası istifadə ediləcək. O insanları daxilinə yerləşdirilmiş mikroçipə malik xüsusi kartla yoxlayacaq.
Qeyd edək ki, sistem idmançılar, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla 3 yüz mindən çox insanın müəyyənləşdirilməsinə kömək edəcək.
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

9 2018 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin