Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Muxtar İmanov Bakı Dövlət Universitetinin tələbələrinə ustad dərsi keçib

science.gov.az-dan verilən xəbərə görə, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllim və tələbə heyətinə "Azərbaycan lətifələri" mövzusunda ustad dərsi keçib.

Akademik Muxtar İmanovun xalq gülüş mədəniyyəti, folklorda ciddilik və komizm, Azərbaycan lətifələrinin poetikası kimi məsələlər barədə nəzəri fikirləri böyük maraqla qarşılanıb, geniş diskussiyaya səbəb olub. 

Qeyd edək ki, bu cür dərslər tələbələrin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır, həmçinin AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”
 

30 Oktyabr 2018 13:20 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə