Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti yenidən artır

Neftin qiyməti yenidən artır

ABŞ-da neft ehtiyatının azalması xəbərindən sonra dünya bazarında “qara qızıl”ın qiyməti bərpa edilir.
Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 72,45, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 66,96, Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 74,50 dollar olub.
ABŞ Energetika Nazirliyinin hesabatına görə, ötən həftə Birləşmiş Ştatlarda neft ehtiyatı 1,35 milyon barrel azalıb. Amerika Neft İnstitutunun (ANI) məlumatına görə, ABŞ-da neft ehtiyatı 6 milyon barrelə kimi azalmalıdır.
Qəzənfər QASIMOV, 
“Xalq qəzeti” 

9 2018 21:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT
23 Fevral 2019 | 17:02
Neftə tələbat artacaq
23 Fevral 2019 | 15:55
Birjalarda neftin qiyməti
21 Fevral 2019 | 15:13
Neftdən nə xəbər?!

Ən son xəbərləri səhifəmizdən də izləyin