Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Şoyqudan hədə dolu bəyanat

Sergey Şoyqudan hədə dolu bəyanat

“Vaşinqtonun nüvə silahları sazişindən çıxması Avropa üçün ciddi fəsadlar yarada bilər”. Bu xəbərdarlıqla Rusiyanın müdafiə naziri Sergey Şoyqu çıxış edib. O, oktyabrın 20-da Moskvada səfərdə olan yunanıstanlı həmkarına deyib ki, Avropa Birliyi və NATO ABŞ-ın 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları (INF) Sazişindən çıxması fəsadlarını götür-qoy etməlidir.

Sözügedən sənədi ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan və Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov imzalayıb.

“Mənə elə gəlir ki, Avropada heç kəs bu qərarın Avropa üçün ciddi fəsadlar verəcəyini anlamır”, – Şoyqu deyib.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar sazişdən çıxarsa, Rusiya NATO-nun istənilən üzvünü hədəfə ala bilər. ABŞ Prezidenti Donald Tramp sazişdən çıxmaq niyyətini Rusiyanın 2014-cü ildən bəri onu pozmasıyla izah edir. Rusiya isə bu iddiaları rədd edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Oktyabr 2018 12:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə