Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmsədrlər Paşinyanla görüşüblər

Həmsədrlər Paşinyanla görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri – Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik bazar ertəsi İrəvanda Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanla görüşüblər.

Strateq.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Ermənistanda son siyasi dəyişikliklər kontekstində Qarabağ münaqişəsinin nizamlanması prosesinin dinamikasına toxunulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Oktyabr 2018 11:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə