Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin yeni - "Qəzəllər" layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda  musiqi gecəsi keçirildi.

Konsertdə televiziya-muğam müsabiqələrinin qalibləri - Elgiz Əliyev, Sədəf Budaqova və Qızılgül Babayevanın ifasında Nəsiminin qəzəllərindən ibarət "Rast" dəstgahı səsləndi.

Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qarşılandı.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Oktyabr 2018 10:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə