Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada Türk Filmləri Günləri

Moskvada Türk Filmləri Günləri

Türkiyə və Rusiya arasında mədəni əlaqələr inkişaf etməkdədir.  Bu özünü müxtəlif qarşılıqlı tədbirlərdə də göstərir. Bu yaxınlarda  Moskvadakı Yunus Əmrə İnstitutu Mədəniyyət Mərkəzinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino baş müdiriyyətinin dəstəyi ilə başlanan Türk Filmləri Günləri də bu qəbildəndir.

“Arkadiya” ticarət mərkəzinin kino salonunda Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, Yunus Əmrə İnstitutu Mədəniyyət Mərkəzinin rəhbəri Ömər Özkan, Türkiyə Ticarət Palatasının (TOOB) Moskva təmsilçisi Səbahəttin Yavuzun iştirakı ilə keçirilən mərasimə çox sayda Türkiyə və Rusiya vətəndaşları qatılmışdır.

Səfir Hüseyn Diriöz bildirdi ki, Türkiyə Rusiya ilə bütün sahələrdə əlaqələrini genişləndirmək niyyətindədir: “İki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələri də genişləndirmək ümdə vəzifəmizdir. İnanıram ki, Moskvada ilk dəfə gerçəkləşən Türk Filmləri Günləri bu əlaqələrə bir daha töhfə vermiş olacaq”. Səfir Yunus Əmrə İnstitutu Mədəniyyət Mərkəzinin bu sahədə fəaliyyətini də yüksək dəyərləndirmişdir.

Ömər Özkan isə çıxışında Türkiyə mədəniyyətini Rusiyada tanıtmaq üçün qısa zamanda bir çox tədbirlər həyata keçirdiklərini vurğulamışdır.

Qeyd edək ki, iki  gün  ərzində “Kəpənəyin yuxusu”, “Uzun hekayə”, “Ərtoğrul 1890” və digər türk filmləri rus dilində alt yazı ilə təqdim olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Oktyabr 2018 10:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə