• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolumbiya Fələstin dövlətini rəsmən tanıyıb

Kolumbiya Fələstin dövlətini rəsmən tanıyıb

“Euronews”un yaydığı məlumata görə, bununla bağlı Fələstin xarici işlər nazirinin müavini Teysir Ceradat açıqlama verib.

Nazir müavini deyib: “Kolumbiyanın sabiq dövlət başçısı Juan Manuel Santos səlahiyyət müddəti başa çatmadan əvvəl Fələstinin xarici işlər naziri Riyad əl-Malikiyə məktubunda Fələstin dövlətinin Kolumbiya tərəfindən tanındığı haqqında qərar verildiyini bildirib. Sonradan Riyad əl-Maliki Santosla görüşdü və tanınma qərarı ona təqdim olundu. Hesab edirəm ki, bu, Fələstin diplomatiyasının uğurudur”.

Diplomat avqustun ortalarında xarici işlər naziri Riyad əl-Malikinin Paraqvaya səfər edəcəyini xatırladıb və əlavə edib ki, bu səfərdən sonra Paraqvayın da Fələstinin müstəqilliyini tanıyacağına ümid edirlər.

Fələstin Xarici İşlər Nazirliyinin qeydlərinə görə, 139 dövlət Fələstinin müstəqilliyini rəsmən tanıyır.

Elçin ABBASOV,

“Xalq qəzeti”

9 2018 16:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin