• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmik müharibə yaxınlaşır

Kosmik müharibə yaxınlaşır

ABŞ Müdafiə Nazirliyi kosmosda raketdən müdafiə üçün sensor qatı yerləşdirmək fikrindədir.Məlumata görə, bu yeni sistemlər Rusiyanın hipersonik (səsdən sürətli) raketlərini zərəsizləşdirmək üçün Pentaqona kömək edəcək. Bu barədə “Reuters” agenliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu fikri Raketdən Müdafiə Agentliyinin direktoru, general-leytenant Sem Qrivsin Alabama Ştatının Hantsvil şəhərində çıxış edərkən səsləndirib.

Qrivsin sözlərinə görə, bu sistemlərin kosmosda yerləşdirilməsi vacib və əhəmiyyətli məsələdir. Burada əsas məsələ sensorlara qoyulan tələblər və onların əldə olunması prosesidir.

O, bu sensorların hipersəsli raketləri və digər mürəkkəb hədəflərin izlənilməsi, məhvi ilə bağlı çox effektiv olduğunu deyib.

Həmçinin sistemin əsas yeniliyi raketlərin qalxma və atəşlənmə zamanı onları müəyyən edə bilməsidir.

Elçin ABBASOV,

“Xalq qəzeti”

9 2018 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin