Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayət yerində araşdırılıb

Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər  Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və  o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətlərinə və həyəcan təbili çaldıqlarına görə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında yaşayan sakinlərə dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqelərini yüksək qiymətləndirir.

       Qəzənfər  QASIMOV,

       “Xalq  qəzeti"

9 2018 16:20 - EKOLOGİYA
EKOLOGİYA
13 Dekabr 2018 | 14:14
Birgə seminar keçirilib
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin