Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

V-ci Beynəlxalq Dodaq və Damaq yarığı konfransı keçirilib

V-ci Beynəlxalq Dodaq və Damaq yarığı konfransı keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə Dodaq və Damaq Yarıqları Dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə Ə.Əliyev adına ADHTİ-də “Beynəlxalq dodaq və damaq yarığı konfransı” keçirilib.

İki gün davam edən konfransda dodaq və damaq yarığı ilə doğulan uşaqlarda və üz nahiyyəsində yaranan müxtəlif toxuma defektlərinin rekonstruksiyası ilə cərrahiyyə sahəsində ən mübahisəli problemlərə toxunulub.

Dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları 1.000 doğumdan bir, damaq yarıqları isə 2.500 doğumdan bir olaraq qeydə alınır.

Bu patologoyaları aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sırasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılıb və bu istiqamətdə ciddi elmi araşdırmalar aparılır.

Görüşdə bu sahədə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin son nailiyyətləri müzakirə edilib. Ölkəmizdə plastik və rekonstruktiv cərrahiyyə sahəsinin gələcək inkişafı ətrafında söhbətlər aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Oktyabr 2018 17:14 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə