• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərt tədbirlər görüləcək

Sərt tədbirlər görüləcək

Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlar tərəfindən havaya atılan tüstü axını və qoxuya görə bir müddət əvvəl ETSN tərəfindən obyekt sahiblərinə verilən xəbərdarlığın müddəti artıq başa çatıb.

Müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb.

Qeyd edək ki, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə Nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.

                Qəzənfər  QASIMOV,

                “Xalq  qəzeti”

9 2018 16:18 - EKOLOGİYA
EKOLOGİYA
9 Avqust 2018 | 16:18
Sərt tədbirlər görüləcək
8 Avqust 2018 | 22:16
Gələcəyin ekoloji ultimatumu

Ən son xəbərləri səhifəmizdən də izləyin