Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Forumun iştirakçıları Milli İncəsənət və Xalça muzeyləri ilə tanış olublar

Forumun iştirakçıları Milli İncəsənət və Xalça muzeyləri ilə tanış olublar

VI Bakı Beynəlxalq Humanitar Forumunun bağlanış mərasimindən sonra müxtəlif xarici ölkələrdən olan nümayəndələr mədəni proqram çərçivəsində paytaxtın mədəniyyət ocaqları, muzeyləri ilə tanış olublar.

Qonaqlar Azərbaycan Milli İncəsənət Muzeyi ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunub saxlandığı zəngin bir xəzinədir. Muzey 1936-cı ildə təşkil edilib, 1937-ci ildə ilk ekspozisiyanın açılışı olub. Muzeyin ekspozisiyası, qədim Şərq və Azərbaycan, eləcə də Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən sənət əsərləri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Qonaqlar Azərbaycan Xalça Muzeyini ziyarət ediblər. Onlara Azərbaycan xalçaçılığının tarixi, xalçaçılıq məktəbləri, xalçaların hazırlanması haqqında, eləcə də muzeyin yaranması və fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub. Muzeyin yaradılmasının təşəbbüskarı görkəmli alim və xalçaçı-rəssam Lətif Kərimov olub. Muzeyin Dənizkənarı Milli Parkdakı yeni binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında inşa edilərək 2014-cü ildə istifadəyə verilib. Avstriyalı memar Frans Yantsın layihəsi əsasında yaradılan muzeyin yeni binası bu gün Bakının müasir memarlıq nümunələrindən biridir. Muzey zəngin irsimiz olan xalçaların saxlanc yeri, onların yüksək səviyyədə təqdimatı məkanı olmaqla bərabər, həm də milli xalça sənətinin tədqiq olunduğu elm və mədəniyyət ocağı kimi fəaliyyət göstərir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2018 14:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə