Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb.

Görüşdə iki ölkə arasında qurulmuş mədəni əlaqələrin yeni mərhələsinin inkişafı, kitabxana, incəsənət sərgiləri və klassik musiqi sahələrində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç  VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından yüksək məmnunluğunu ifadə edərək, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. Həmçinin nazir mədəni marşrutların inkişafı istiqamətində də birgə işlər görülməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, Şərab Yolları və Zeytun Yolları kimi mədəni marşrutlarda birgə əməkdaşlıq edilməsini xüsusi qeyd etmişdir.

Görüşdə nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəni sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu qeyd etmiş və qarşı tərəfin təklifini dəstəkləmişdir. Azərbaycan və Monteneqro arasında mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə 2010-cu ildə imzalanmış memoranduma əlavə olaraq fəaliyyət planının imzalanmasını təklif etmişdir.

Bununla yanaşı, görüşdə muzeylər arasında əməkdaşlıq, xalçaçılıq sənətinin təqdimatı və qarşılıqlı film həftələrinin keçirilməsi məsələləri də müzakirə olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2018 14:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə