Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın Xalq artisti, görkəmli aktyor Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Elşən Rüstəmov ,tarix elmləri doktoru, professor Təvəkkül Səlimov və digər qonaqlar iştirak ediblər.

İlk öncə Sarayın foyesində aktyorun çəkildiyi rolları əks etdirən foto sərgiyə baxış keçirilib. Tədbirn aparıcısı aktyorun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra Rafiq Əzimov səhnəyə dəvət olunub. O, tədbir təşkilatçılarına və tamaşaçılara öz minnətdarlığını bildirib və bu sarayda onun yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib. R.Əzimov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin diplomu ilə təltif olunub.

Daha sonra aktyorun sənət dostları çıxış edərək, görkəmli sənətkarın həm teatr,0 həm də televiziyada qoyulan tamaşalardakı rollarından danışıblar. Bildirilib ki o, səhnədə yaratdığı obrazlarla yanaşı kino sahəsində də böyük uğurlar əldə edib.

Tədbirdə aktyorun ifa etdiyi "Yeddi oğul istərəm, "Axırıncı aşırım", "Göz həkimi", "Buta" filmlərindən fraqmentlər nümayiş olunub. Populyar müğənnilər İzzət Bağırovun, Ümmanın musiqiləri tamaşaçılarda xoş ovqat yaradıb. Sonda Xalq artisti Rafiq Əzimovun iştirakı ilə Xorvat dramaturqu Miro Qabranin pyesi əsasında səhnələşdirilmiş "Qəribə, qəribə, çox qəribə əhvalat" tamaşasının təqdimatı olub.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətov, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirlidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2018 13:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə