Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tərcümə Mərkəzinin Fransa nümayəndəliyi yaradılıb

Azərbaycan Tərcümə Mərkəzinin Fransa nümayəndəliyi yaradılıb

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Tərcümə Mərkəzinin Fransada nümayəndəliyi yaradılıb.

Bu barədə “Kəpəz” nəşriyyat evinin təsisçilərindən biri, Strasburqda yaradılan nümayəndəliyin direktoru Nicat Kazımov AZƏRTAC-a müsahibəsində məlumat verib. Qeyd edib ki, nümayəndəliyin yaradılmasından əvvəl də Kəpəz nəşriyyatı ilə Azərbaycan Tərcümə Mərkəzi əməkdaşlıq edirdi. Ancaq nümayəndəliyin yaradılması nəşriyyatın məsuliyyətini daha da artırır.

N.Kazımov deyib ki, nümayəndəlik Fransa və fransızdilli ölkələrdə ATM-in nəşrlərinin təqdimatını təşkil edəcək, məşhur fransız yazıçıları ilə sıx münasibət yaradaraq Azərbaycan ədəbiyyatının yaxından tanıdılmasına töhfə verəcək. "Son aylar “Kəpəz” nəşriyyatında “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabı üzərində işlər gedir. Kitab XIX əsrdən müasir dövrümüzədək 27 azərbaycanlı yazıçının hekayələrindən ibarət olacaq. Kitabla bağlı daim Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əlaqə yaradır, fikir mübadiləsi aparılır”, - deyə N. Kazımov vurğulayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Oktyabr 2018 13:38 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə