Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səudiyyə Ərəbistanının Baş prokuroru Türkiyəyə gəldi - NİYƏ?

Səudiyyə Ərəbistanının Baş prokuroru Türkiyəyə gəldi - NİYƏ?

Səudiyyə Ərəbistanının Baş prokuroru Suud Muceb Türkiyəyə gəlib. Trend-in məlumatına görə, o, səudiyyəli jurnalist Camal Xaşoqcinin ölüm faktının araşdırılması ilə bağlı Türkiyədə səfərdədir.

Baş prokurorun bu gün Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunu ziyarət edəcəyi bildirlir.

Xatırladaq ki, oktyabrın 2-də C.Xaşoqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra geri qayıtmamışdı. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlamışdı.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşoqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

29 Oktyabr 2018 13:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə