Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Con Batçelor Şou” radioproqramının dinləyiciləri Azərbaycanın uğurları barədə məlumatlandırılıb

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev radioproqrama müsahibə verib

“Con Batçelor Şou” radioproqramının dinləyiciləri Azərbaycanın uğurları barədə məlumatlandırılıb

Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarının məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” radioproqramına müsahibə verib.
Müsahibədə Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin enerji siyasəti, regional əməkdaşlıq və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri barədə danışıb.  
Verilişdə Hikmət Hacıyev Azərbaycanın strateji baxımdan əhəmiyyətli dövlət olduğunu qeyd edərək Con Boltonun ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə məhsuldar müzakirələr apardığını, bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq və enerji layihələrinə toxunan Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən ­çıxarılmalı olduğunu deyib.
Prezident Administrasiyasının rəsmisi 27 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışaraq bu günlərdə keçirilən VI Bakı Humanitar Forumuna diqqət çəkib və bu Forumun qlobal xarakter daşıdığını, beynəlxalq səviyyədə humanitar məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib. O, Azərbaycanın bu gün dinamik surətdə inkişaf etdiyini, müasir, dünyəvi dövlət olduğunu və öz multikulturalizm ənənələri ilə fəxr etdiyini vurğulayıb.    
“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

AZƏRTAC

27 Oktyabr 2018 22:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 16:53
Rəşad haqq dünyasındadır...
23 Avqust 2019 | 16:39
Braziliyada meşə yanğınları
23 Avqust 2019 | 14:47
Dəməşqdə bayram festivalı

Köhnə versiyamızdan xəbərləri izlə