• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın inkişafına ayrılan sərmayənin 64,3 faizi qeyri-dövlət sektorunun payına düşüb

Paytaxtın inkişafına ayrılan sərmayənin 64,3 faizi qeyri-dövlət sektorunun payına düşüb

Cari ilin yanvar-iyun aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 466,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz az vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ümumi sərmayənin 35,7 faizi dövlət, 64,3 faizi qeyri-dövlət sektoru sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 63,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

İlin ilk 6 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,4 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 19,1 faizini isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

9 2018 16:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
9 Avqust 2018 | 21:32
Neftin qiyməti yenidən artır

Ən son xəbərləri səhifəmizdən də izləyin