Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən ay 193 saylı “Çağrı mərkəzi”nə 900-dək müraciət ünvanlanıb

Ötən ay 193 saylı “Çağrı mərkəzi”nə 900-dək müraciət ünvanlanıb

İyul ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 193 saylı “Çağrı mərkəzi”nə 900-ə yaxın müraciət daxil olub.

Komitədən bildirilib ki, ƏMDK-nın göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlər 193 saylı “Çağrı mərkəzi” tərəfindən dərhal cavablandırılır. “Çağrı mərkəzi”nin fəaliyyəti birbaşa vətəndaş müraciətlərinin operativ həllinə, məmnunluğun və xidmət səviyyəsinin artırılmasına yönəlib. Eləcə də vətəndaşlar onlara uyğun xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini mərkəzə ünvanlaya bilərlər. Müasir texnologiyanın istifadəsi ilə sorğuların komitə mütəxəssisləri tərəfindən dərhal cavablandırılması dəqiq məlumatlandırmanı və çevik xidməti təmin edir.

Ölkə əhalisi dövlət əmlakının özəlləşdirilməsi və bu sahədə hərracların keçirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu, keyfiyyət və kəmiyyət göstəricilərinin müəyyən edilməsi, ünvan və digər məsələlərlə bağlı 193 saylı vahid “Çağrı mərkəzi”nə müraciət edir.

İyulda “Çağrı mərkəzi”nə ümumilikdə 900-ə yaxın müraciət daxil olub. Daxil olan müraciətlərin 760-dan çoxu sorğu tipli, 100-ə yaxını isə araşdırılması tələb olunan müraciətlərdir. Sorğu tipli müraciətlər “Çağrı mərkəzi”nin operatorları tərəfindən qanunvericiliyə uyğun cavablandırılıb və onlara hüquqi məsləhətlər verilib. Digər müraciətlər isə qeydə alınıb, müvafiq struktur bölmələrində araşdırılıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

9 2018 16:05 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin